© Kıbrıs Haber Sitesi 2023

Türk Dünyasının döyünən ürəyi QARABAĞIN azadlıq savaşıyla bağlı Turan Partiyasının Dünya Türklərinə MÜRACİƏTİ .

Əziz soydaşlar sevimli Turanlılar, 400 milyonluq Türk dünyasının bağrına xəncər kimi saplanan Ermənistan adlanan sözdə Erməni dövləti 1918 ilində 7 min km2 lik bir ərazidə Birinci dünya savaşının galibləri və Rus imperiyasının əliylə qurulmuşdur. Rus Sovet Bolşevik imperiyasının dönəmində daha 22 min km2 ərazi Azərbaycan Türk yurdundan qoparılaraq ermənilərə verilmişdir. 29 min km2 ərazilərimizdə dövlət qurdurulan erməni dövlətinin sınırlarını sovet imperiyası çökdüyü zaman Moskovanın qararlılığıyla Rus ordusu, Türkiyə ilə Türk dünyasının arasında bağları daha da kəsmək üçün Qarabağımızı işğal edib ermənilərə vermişdir. 30 ildi Azərbaycan dövləti bu savaşı diplomatik yollarla sürdürmüşdür, amma heç bir sonuç alınmamıştır. Uluslararası diplomasidə sorunun çözülməsi üçün sorumlu olan AGİK Minsk grupunun həmsədrləri heç bir iş görməmiş, əksinə Qarabağın sözdə Erməni dövlətinə birləşdirilməsi üçün çabalarda bulunmuşlar. Sorunun diplomatik yolla çözülməsindən yana olan Azərbaycan dövlətinin çabaları qarşılığında erməni tərəfi son aylar savaş yoluna üstünlük vermiş, daha çox topraqlarımızı işğal etmək üçün hərbi yolu seçmiş, sınırlarımızda əsgəri hərəkətlənmələrdə bulunmuşlar. Son olaraq 27 Sentaybr günü Qarabağ bölgəsində olan işğalçı erməni hərbi birlikləri bütün sınır boyu Azərbaycan köylərinə geniş çaplı silahlar və füzələr qullanaraq sivil insanlarımızı çocuk, yaşlı demədən öldürmüşlər. Belə bir durumda Azərbaycan, Ali Baş Komandanımız İlham Əliyevin əmriylə topraqlarımızın azadlığı, insanlarımızın güvənliyi üçün bir mücadələyə başlamışdır. Artık 5 gündü şərəfli Azərbaycan ordusu tarix yazır, topraqlarımız azad olmaqdadır. Böyük itkilər verən düşmən Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcək durumdadır. 10 milyonluq Azərbaycan bir ordudur. Hər kəs vətən topraqlarının azad olması üçün mücadələdədir.

Can Türkiyəmizlə “Bir millət iki dövlət”in ötəsindəyik.

Belə bir durumda sözdə Erməni dövlətinin havadarları və qurucuları rahatsızlıq içində Azərbaycana qarşı bir savaş cəbhəsində diplomatik basqıları sürdürməkdə, azadlıq mücadələmizə qarşı qara təbliğat aparmaqdadırlar. Özəlliklə Tehran və Moskova hər türlü pisliklərindən əl çəkmir. İşğalçı erməniləri silahlandırmaqla yanaşı, onların qara propakandasını aparmaqdadırlar. Moskova TV-ləri bütün günü dövləmizə, haqlı savaşımıza qarşı erməniçiliklə məşğuldur.

Özəlliklə Rusiyada və Mərkəzi Asiyada yaşayan Turanlı Türk qardaşlarımız Moskovanın qara təbliğatını, siyasi basqılarını susdurmak üçün sizlərin üzərinizə böyük görəv düşür. Ölkələrinizdə Moskva propakandasına qarşı bir cəbhədə birləşin, Vətəniniz Turanın bir parçası olan Qarabağın azadlığında bir ordu olun. Mərkəzi Asiya Türk dövətlərinin birlik olması, Türklüyün döyünən ürəyi olan Qarabağın yanında olması şərtdir.

İç Rusiyada olan Turanlı Saklar, Tuvalılar, Hakaslar, Buryatlar, Şorlar, Altaylılar, Tatarlar, Başkurtlar, Çuvaşlar, Udmurtlar, Mardivinlər, Kalmıklar, eyni zamanda Kuzey Qafqazda yaşayan Müsəlman Türk qardaşlarımız olan Çeçenlər, İnguşlar, Adıgeylər, Osetinlər, Kabardinlər, Çərkəzlər, Avarlar, Ləzgilər, Darginlər, Tabasaranlar, Kumıklar, Karaçaylar,Noğaylar, Dərbəntlilər bu gün sizlərin üzərinizə böyük görəv düşür. Siz yalançı erməniçi Rus şovenizmin propaqandasını aparan tv ləri boykot edin, siyasətçilərə qarşı birlik olaraq bir çəbhədə birləşin. Turanın bir parçası olan Qarabağı savunun.

Digər Dünya dövlətlərində yaşayan soydaşlar “Bir millət bir diaspora” düşüncəsiylə təşkilatlanın, erməniçiliyə qarşı bir bütün olun. Bu sorun dünya Türklüyünün şərəf işidi. Bu şərəfli mücadələdə 400 milyonluq Türk millətinin bir bütün olması zamanın və ulu babalarımızın ruhunun tələbidir. Bu birlik bəşəriyyətin bütün pisliklərdən qurtulması üçün lazımdı. Bu yolda sizlərə başarılar diləyirik.

Tanrı Türkü qorusun!

Cahandar Bayoğlu

Turan Partiyası Başqanı.

01/10/2020 Bakı.ş

İlginizi Çekebilir

TÜM HABERLER